Mingəçevir Dövlət Universitetində mini futbol üzrə universitet birinciliyi başa çatdı

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində mini futbol üzrə

universitet birinciliyi başa çatdı

Mingəçevir Dövlət Universitetində 6-30 oktyabr 2018-ci il tarixlərində Dövlət Müstəqilliyi gününə həsr edilmiş idmanın mini futbol növü üzrə qruplararası universitet birinciliyi keçirilmişdir.

Birincilikdə 32 komanda olimpiya sistemi üzrə mübarizə aparıblar. Onlardan 25 komanda – İqtisadiyyat və idarəetmə fakültəsini, 6 komanda – Mühəndislik fakültəsini, 1 komanda isə Pedaqoji fakültəni təmsil etmişdir.

Finalda III-IV yerlər uğrunda mübarizədə İqtisadiyyat və idarəetmə fakültəsinin MU17 və Mq17 saylı qrupları görüşmüşlər. Mq17 saylı qrupun komandası 7:4 hesabı ilə qələbə qazanmış və bürünc mükafata layıq görülmişlər.

Finalda I və II yerlər uğrunda mübarizəyə İ16.1 saylı qrupun komandası ilə M17 saylı qrupun komandası üz-üzə gəlmişlər.

Gərgin keçən mübarizə şəraitində M17 komandası 3:0 hesabı ilə qələbə qazanmış və fəxri kürsün ən yüksək pilləsinə qalxmışlar. Qaliblər Fəxri Fərman və kubokla təltif edilmişlər.

Komandaları yarışa Mingəçevir Dövlət Universitetinin İdman və Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov hazırlamışdır.

{phocagallery view=category|categoryid=72|limitstart=0|limitcount=0}