Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin

anım günü qeyd edilib

 

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açan universitetin tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə dövlətçiliyin inkişafı və cəmiyyətin tərəqqisi sahəsində misilsiz xidmətlər göstərdiyini bildirib. R.Əliyev Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyi, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyəti barədə danışıb.

Tədbirdə universitetin əməkdaşları Mirzə Cavadov, Ruhiyyə Hüseynova, Sahib Mustafayev, Nizami Zeynalov və Vüqar Mustafayev çıxış ediblər.

Çıxışlarda dahi şəxsiyyətin xalqımız tərəfindən hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlı kimi qəbul edildiyi və onun hər zaman Azərbaycan xalqı üçün əziz olaraq qalacağı bildirilib. Dahi rəhbər, qüdrətli dövlət başçısı və fədakar insan olan Heydər Əliyevin tərcümeyi-halının faktiki olaraq Azərbaycanın tarixi olması qeyd olunub. Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması və dünyanı Azərbaycana gətirməsi xüsusi vurğulanıb.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən parlaq düha sahibinin Azərbaycan xalqının ümummilli liderinə və dünya siyasətinin nəhənglərindən birinə çevirilməsi bildirilib.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Eyni zamanda, bu gün MDU-nun professor-müəllim və tələbə kollektivi ümummili liderin anım gününə həsr olunmuş ümumşəhər tədbirində də yaxından iştirak ediblər, uluöndərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Universitetin tələbələri isə kitabxanada ümummilli lider Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompazisiyanı təlbələrə nümayiş ediblər.

{phocagallery view=category|categoryid=274|limitstart=0|limitcount=0}