Mingəçevir Dövlət Universitetində turizm sahəsində təhsilin keyfiyyətinə diqqət artırılır

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində turizm sahəsində

təhsilin keyfiyyətinə diqqət artırılır

 

 

Mingəçevir Dövlət Universitetində “Turizmdə marketinq və marketinq araşdırmaları” fənnindən açıq dərs keçirilib. Tədris prosesində Mingəçevir Dövlət Universitetinin Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. N.Qədimli, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dos. Emiliya Hüseynova və kafedranın əməkdaşları iştirak ediblər.

Fənni tədris edən Xəyalə Xəlilova mövzu haqqında ətraflı məlumat verib. Sonra tələbələr təqdimatlarına başlayıblar.

İlk öncə TO17 saylı qrupun tələbəsi Ləman Mürsəlova “Marketinq strategiyasının formalaşması” istiqamətində hazırladığı təqdimatı şərh edib. L.Mürsəlova marketinq strategiyasının formalaşmasının mərhələləri: situasiya təhlili, strategiyanın seçilməsi və qimətləndirilməsi, marketinq proqramının işlənib hazırlanması və marketinq büdcəsi haqqında ətraflı məlumat verib. Alternativ strategiyanın işlənib hazırlanması şərtlərindən bəhs edib. Marketinq strategiyasının formalaşmasında marketinq büdcəsinin əhəmiyyətini qeyd edib.

Qrupun tələbələri Samir Orucov və Zahid Süleymanlı Turizm bazarı, Reklam və Qonaqpərvərlik mövzusundan söz açıblar. Turizm bazarı haqqına məlumat verən tələbələr, Reklam haqqında, onun formaları və reklamın yayılma vasitələrini təqdimatda geniş şərh ediblər. Qonaqpərvərlik və onun xüsusiyyətləri haqqında məlumat veriblər.

“Turizmdə marketinq” mövzusunda təqdimatla çıxış edən tələbələr Sahil Kərimli və Emin Əlizadə marketinqin sosial-iqtisadi mahiyyəti və marketinq xidmətinin spesifikliyini açıqlayıblar. Turizmdə marketinqin mahiyyəti və məzmunu ətraflı izah olunub. Turizmdə marketinqin tətbiq edilməsinin əsas şərtləri və prinsipləri təqdim olunub. Milli səviyyədə turizm marketinqi və onun xüsusiyyətləri haqqında geniş məlumat verilib.

Valeh Mikayılov Marketinq strategiyasının planlaşdırılmasının mahiyyətini açıqlayıb. Marketinq strategiyasının əsas istiqamətləri və hər birinin özünəməxsus xüsusiyyətlərini ətraflı izah ediblər.

Tələbə Rəcəb İsmayılov “Turizm ehtiyyatlarının təsnifatı” mövzusunda təqdimatla çıxış edib, turizm ehtiyacları haqqında geniş məlumat verib. Turizm ehtiyatlarının hər birinin xarakteristikasını təqdim edib.

Qeyd edək ki, tələbələr tərəfindən hazırlanan təqdimatlar mövzuların daha yaxşı mənimsənilməsinin bariz nümunəsidir.

          Dərsin sonunda Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dos. Emiliya Hüseynova açıq dərs və təqdimatlar barədə fikirlərini bölüşüblər. Dərsin təşkili və keçilməsini yüksək qiymətləndiriblər.

{phocagallery view=category|categoryid=275|limitstart=0|limitcount=0}