Mingəçevir Dövlət Universitetində “Mingəçevir Tekstil” MMC-nin əməkdaşı tədris prosesində iştirak edib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Mingəçevir Tekstil” MMC-nin

əməkdaşı tədris prosesində iştirak edib

 

Mingəçevir Dövlət Universitetində “Sənayenin təşkili və idarə edilməsi” və “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Mingəçevir Tekstil” MMC-nin “Open End” Pambıq-İplik fabrikinin istehsal üzrə növbə rəisi Nəriman Rəhimov “Biznesin əsasları” fənnindən (müəllim İlhamə Məmmədova) induktiv və deduktiv tədqiqatlara əsaslanan interaktiv dərsin təşkilində iştirak edib. Nəriman Rəhimov əvvəlcə biznesə əsaslanan Mingəçevir Sənaye Parkı “Mingəçevir Tekstil” MMC-nin yaranması haqqında auditoriyanı məlumatlandıraraq müəssisədə istehsal olunan yeni məhsul deyil, istehsal olunan yeni ehtiyaclardan bəhs edib.

Sonra Nəriman Rəhimov fənnin proqramında nəzərdə tutulan “Biznesin qiymətləndirilməsi” mövzusuna uyğun olaraq biznes sferasında mülkiyyətin və kapitalın formalaşması və istifadəsi. Qiymətləndirmə obyekti kimi biznesin xüsusiyyətləri. Biznesin qiymətləndirilməsinin zəruriliyi və məqsədi. Biznesin qiymətləndirilməsində maraqlı tərəflər. Qiymətləndirmə zamanı müəyyənləşdirilən müxtəlif dəyər növləri. Qiymətləndirmənin məqsədi və qiymətləndirmə üçün istifadə olunan dəyər arasında qarşılıqlı əlaqə. Biznesin qiymətləndirilməsi prosesi və onun həyata keçirilməsi mərhələləri. Biznesin qiymətləndirmə prosesinin müəyyən prinsiplərə və standartlara əsaslanması haqqında ətraflı məlumat verib.

         Uğurlu çıxışdan sonra tələbələrlə mövzu və mözvudan kənar diskusiya aparılıb.

{phocagallery view=category|categoryid=276|limitstart=0|limitcount=0}