Mingəçevir Dövlət Universitetində tələbələrin elmi konfransı keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində tələbələrin elmi konfransı keçirilib

 

30 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Dövlət Proqramına həsr edilmiş XII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Konfransın açılışında giriş sözü ilə çıxış edən MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov universitetdə təhsil alan gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkşaf etdirilməsində bu tipli konfranslarda fəal iştirakın önəmindən danışıb və tələbələrə uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Pedaqoji fakültəsinin tələbələrindən Xədicə Abdullayeva “2020-ci il müasir Azərbaycan tarixinin Zəfər ilidir”, Şəbnəm Quliyeva “Nizami yaradıcılığında dini etiqadlara münasibət məsələləri”, Aytac İlyasova “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında xeyir və şəri təmsil edən insan obrazları”, Səidə Abdullayeva “Xarici dillərin öyrənilməsində informasiya texnologiyalarının əhəmiyyəti”, Xumar Məmmədova “Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi məsələləri”, Zülfiyyə Məmmədova “Birdərəcəli müqayisələrin həlli üsulları” və Aytac Məmmədzadə “Kütləvi informasiya vasitələrinin yeniyetmələrin psixikasına təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin elmi fəaliyyətə aktiv cəlb olunması diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=736|limitstart=0|limitcount=0}