Mingəçevir Dövlət Universitetində voleybol üzrə yarış keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində voleybol üzrə yarış keçirilib

 

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə Mingəçevir Dövlət Universitetinin və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 1 və 2 mart 2020-ci tarixlərində Mingəçevir Dövlət Universitetində voleybol üzrə yarış keçirilib. Olimpiya sistemi üzrə keçirilən yarışda 4 komanda gücünü sınayır.

Mingəçevir Dövlət Universitetinin 2-ci komandası ilə ASAN Peşə komandası arasında keçən gərgin mübarizədə 1-ci set 25:8, 2-ci set 25:10 və 3-cü set 25:7 hesabı ilə başa çatıb. Nəticədə Mingəçevir Dövlət Universitetinin 2-ci komandası ASAN Peşə komandası üzərində inamlı 3:0 hesabı ilə qalib gəlib.

Mingəçevir Dövlət Universitetinin 1-ci komandası isə Mingəçevir Turizm Kollecinin komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən yarış 4 setlə Mingəçevir Dövlət Universitetinin 1-ci komandasının qələbəsi ilə başa çatıb 3:1 (25:15; 25:12; 23:25; 25:18).

Final görüşü martın 5-nə planlaşdırılsa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli, 81 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Qərara əsasən təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.

Məhz bu baxımdan təşkilatçılar tərəfindən final oyununun martın 10-da keçirilməsi qərara alınıb. Həmin gün Mingəçevir Dövlət Universitetinin I və II komandaları birincilik uğrunda, ASAN Peşə komandası isə Mingəçevir Turizm Kollecinin komandası ilə III yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışın baş hakimi Mingəçevir Dövlət Universitetinin İdman – Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədovdur.  

{phocagallery view=category|categoryid=336|limitstart=0|limitcount=0}