Mingəçevir Dövlət Universitetinin Mətbuat Xidməti Abituriyentlərin nəzərinə!

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Mətbuat Xidməti 

Abituriyentlərin nəzərinə!

Birinci mərhələdən sonra Mingəçevir Dövlət Universitetinə bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-si saat 17:00-dək davam edəcək.

İkinci mərhələdə universitetin boş qalan yerlərinə qəbul olunanlar isə sentyabrın 2-dək sənədlərini təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.