Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən reallaşdırılan “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcəkdir. İkinci görüşün qonağı Azərbaycan Respublikası Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev olacaqdır.

“Müasirləşən ali təhsil və yüksək ixtisaslı mütəxəssis hazırlığı” mövzusunda keçiriləcək görüş “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

2020-ci ilin 17 iyun tarixində saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər info@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində cari ilin 22 may tarixində keçirilən ilk görüşün qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub.