Rektor Şahin Bayramovun “15 iyun – Milli Qurtuluş Günü” təbriki

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramovun “15 iyun – Milli Qurtuluş Günü” təbriki

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qurtuluş bayramı, Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsi tarixini xarakterizə edir.

Müstəqilliyimizin ilk iki ilində ölkədə xaos baş vermiş, ciddi iqtisadi tənəzzül olmuş və dövlət idarəetməsində səriştəsizlik hökm sürmüşdür.

Xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuşdur.

Məhz Ulu Öndərin misilsiz xidmətləri sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qalxmış və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur.

Sevindirici haldır ki, Heydər Əliyev siyasəti və ideyaları hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müstəqil Azərbaycanın qüdrətinin artması və dünya birliyindəki mövqeyinin güclənməsi hər birimizdə fəxarət hissi doğurur.

Milli Qurtuluş Bayramınız mübarək olsun!