Mingəçevir Dövlət Universitetinin rektoru Pedaqoji fakültənin fəal tələbələri ilə görüşüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin rektoru Pedaqoji fakültənin

fəal tələbələri ilə görüşüb

 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Pedaqoji fakültənin fəal tələbələri ilə görüşdə hazırda Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiyini və bu prosesdə ali təhsil müəssisələrinin tələbələrinin mühüm rol oynadığını bildirib. Son illər yüksək ixtisaslı müəllim hazırlığı sahəsində görülən işlər və müəllim nüfuzunun artırılmasına xidmət edən tədbirlər barədə məlumat verən Ş.Bayramov Pedaqoji fakultədə tədris aparan professor-müəllim heyətinin və gələcəyin müəllimi olacaq tələbələrin üzərinə əlavə məsuliyyətin düşdüyünü qeyd edib.

Tələbələri seçdikləri ixtisasa dərindən yiyələnməyə, kitabı sevməyə, yazı və nitq qabiliyyətini inkişaf etdirməyə, kommunikasiya bacarıqlarını gücləndirməyə təşəbbüskarlığa dəvət edən rektor komanda işi və könüllülük fəaliyyətinə xüsusi diqqət yetirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə tələbələrin informasiya-kommunikasiya vasitələrindən istifadənin artırılması, teatr dərnəyinin yaradılması, tanınmış ziyalılarla görüşlərin təşkil edilməsi, intellektual oyunlara marağın gücləndirilməsi, kitabxana fondunun zənginləşdirilməsi, İngilis dili üzrə danışıq klublarının fəaliyyət göstərməsi və digər məsələlər barədə təklifləri dinlənilib və müvafiq qeydlər aparılıb.

{phocagallery view=category|categoryid=193|limitstart=0|limitcount=0}