Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəridə Rüstəmzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülüb.

F.Rüstəmzadə sözügedən təqaüdü 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında əldə etdiyi yüksək nəticələr və həmkarlar ittifaqı sahəsində fəallığı sayəsində qazanıb. O, respublika üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 64 ali məktəb tələbəsindən biri olmağı bacarıb.

Qeyd edək ki, ATİAHİ-nin adlı təqaüdü tələbələrin elmə və təhsilə marağının artırılması məqsədilə təsis olunub.