Tələbələr Xalq Təhsil Muzeyinə ekskursiya edib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və magistrantı Xalq Təhsil Muzeyinə ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələr muzeyin fəaliyyəti ilə yaxından tanış olub və burada qorunub saxlanılan eksponatlara baxış keçiriblər.

Xalq Təhsil Muzeyi ilə tanışlıq maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq ekskursiyaların təşkilinə xüsusi önəm verilir.