Növbəti “Açıq qapı” günü

  • Post category:Xəbərlər (AZ)

AÇIQ QAPI GÜNLƏRİ

2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 3 iyun tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2021-ci ilin 10 iyun tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.