Neft-Qaz Fəaliyyətinin Dəniz Ekosisteminə Təsiri Mövzusunda Maarifləndirici Təlim Keçirilib

Mingəçevirdə – Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdə “Neft-qaz fəaliyyətinin dəniz ekosisteminə təsiri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim ekoloji maarifləndirmə məqsədilə universitetin Təbiət elmləri kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən aparılıb.

Təlim zamanı neft və qaz hasilatı proseslərinin dəniz ekosistemlərinə təsiri, su hövzələrinin çirklənməsi, biomüxtəlifliyin azalması, dəniz canlılarının həyat mühitinin pozulması və ekoloji risklərin qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. İştirakçılara dəniz ekosistemlərinin qorunmasının həm ekoloji tarazlığın saxlanılması, həm də gələcək nəsillər üçün təbii resursların mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Çıxışında Şəbnəm İslamova neft-qaz sənayesində ekoloji təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, gənclərin ətraf mühitin qorunmasında maarifləndirilməsinin əhəmiyyətini qeyd edib.

İnteraktiv müzakirələrlə davam edən təlim zamanı şagirdlərin sualları cavablandırılıb və ekoloji problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Tədbir məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Mingəçevir Dövlət Universiteti gələcəkdə də bu cür maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.