Mingəçevir Dövlət Universitetində müasir psixologiyanın yeni yanaşmaları: depressiya və təşvişdə dərmansız neyrotənzimləmə mövzusunda vorkşop keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 24-25 aprel tarixlərində Mingəçevir Dövlət Universitetində keçirilən “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” beynəlxalq konfransı çərçivəsində Narınc Psixologiya Mərkəzinin rəhbəri, kliniki psixoloq Narınc Rüstəmova tərəfindən “Dərmansız yanaşma: depressiya və təşvişdə neyropsixoloji əsaslı neyrotənzimləmə” mövzusunda vorkşop təşkil olunub.

Vorkşop zamanı iştirakçılara depressiya və təşviş hallarında dərmansız müdaxilə üsulları, neyropsixoloji mexanizmlər və beynin özünü tənzimləmə imkanlarına əsaslanan müasir yanaşmalar barədə məlumat verilib. Təqdimatda xüsusilə neyrotənzimləmə metodlarının emosional vəziyyətin sabitləşdirilməsi, stressin idarə olunması və psixoloji rifahın gücləndirilməsində rolu diqqətə çatdırılıb.

İnteraktiv formatda keçirilən vorkşop çərçivəsində iştirakçılarla praktik tapşırıqlar yerinə yetirilib, real situasiyalar üzərində müzakirələr aparılıb və müasir psixoloji yanaşmaların tətbiqi imkanları nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Vorkşop psixologiya sahəsində praktik biliklərin artırılması və müasir yanaşmaların təbliği baxımından əhəmiyyətli hesab olunub.