Mingəçevir Dövlət Universitetində gender bərabərliyi mövzusunda maarifləndirici tədbir keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşəbbüsü ilə Mingəçevir Gənclər Evində “Qadın dediyin…” adlı gender bərabərliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbir İqtisadiyyat kafedrasının baş müəllimi Mehriban Kərimovanın təqdimatı ilə keçirilib. Çıxış zamanı gender bərabərliyinin cəmiyyətdə rolu, qadınların sosial və ictimai həyatda iştirakının əhəmiyyəti, eləcə də bərabər imkanların təmin olunmasının vacibliyi barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi sosial inteqrasiyanın gücləndirilməsi, gender bərabər mühitinin formalaşdırılması və diskriminasiyanın qarşısının alınması istiqamətində maarifləndirmənin artırılması olub.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və gender bərabərliyi sahəsində maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində cəmiyyətdə bərabər imkanların təşviqi, sosial məsuliyyət və inklüziv mühitin formalaşdırılması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.