MDU-da qiyabi formada tədrisin gedişatı izlənilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində qiyabi formada təhsil alan tələbələrin dərslərinin gedişatını izləyib. Tələbələrin dərs mühiti ilə tanış olan Ş.Bayramov universitetdə istər əyani, istərsə də qiyabi formada təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsinin diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. Rektor tələbələrin sual və təkliflərinə münasibət bildirib və onlara uğurlar arzulayıb.

Tələbələr göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Tələbələrlə söhbət əsnasında MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin ˝Mühasibat˝ ixtisasında qiyabi formada təhsil alan, Vətən müharibəsi iştirakçısı Murad Ömərov müəllifi olduğu ˝Mənə bir cümlə de˝ adlı kitabını rektor Ş.Bayramova təqdim edib.