MDU-da UNEC-in koordinatoru olduğu REFRESH Erasmus+ layihəsi ilə bağlı görüş keçrilib

2024-cü il fevralın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət İqtisad Univesitetinin(UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib.

Görüşdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. 2023-cü ilin 4-8 dekabr tarixlərində İtalanyanın Boloniya Universitetinə səfər etmiş MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatırı Samirə Əhmədova layihə barədə ümumi məlumat verərək  layihənin əsas məqsədlərini açıqlayıb.  Bildirib ki, tədris metodologiyalarını, proqramlarını təkmilləşdirmək, tərəfdaş ali təhsil müəssisələrində pilot kurslara başlamaq üçün təlimçilərin proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə potensialı artırmağa xidmət edir.

 Daha sonra bildirib ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb.