Rektor Şahin Bayramovun QƏLƏBƏ təbriki!

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Qələbə münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Cari ilin 27 sentyabr tarixindən başlayaraq, doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb.

30 illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.

Əminik ki, milli birliyimizi daha da gücləndirən bu tarixi qalibiyyət müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılması ilə yadda qalacaq.

Qələbə ruhuna kökləndiyimiz bu müddətdə MDU ailəsinin üzvü olaraq göstərdiyiniz həmrəyliyə görə hər birinizə təşəkkür edirəm. Gözümüz aydın olsun!

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Uca Tanrı Qəhrəman Əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun!

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#10noyabr2020 #BöyükQələbə

#MDU #MingəçevirDövlətUniversiteti

#MSU #MingachevirStateUniversity