You are currently viewing Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e.,  Tədris məsələri üzrə prorektoru Üzeyir Zeynalovun Beynəlxalq Müəllimlər Günü təbriki!

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələri üzrə prorektoru Üzeyir Zeynalovun Beynəlxalq Müəllimlər Günü təbriki!

  • Post category:MDU xəbərləri

Azərbaycan müəllimləri daim yüksək peşəkarlığı ilə seçilmişdir. Onların formalaşdırdığı nəsillər hər zaman milli-mənəvi dəyərlərimizə sadiq, savadlı və irəliyə doğru addımlayan, Vətəninə xidmət etməyə hazır olan gənclər olmuşdur. Son illərdə Azərbaycan təhsilində baş verən böyük inkişaf ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olmasının parlaq nümunəsidir. Təhsil sahəsini hər zaman strateji əhəmiyyətli sahə kimi qiymətləndirən Cənab Prezident bu sahənin davamlı inkişafı üçün həmişə diqqət və qayğı göstərir.

Azərbaycan ali təhsil sisteminin bir parçası olan Mingəçevir Dövlət Universiteti (MDU) Ümummilli Lider Heydər Əliyev irsinə sadiqliyin və məhəbbətin mərkəzidir. Bu gün Cənab Prezident İlham Əliyevin ali təhsilin qarşısında qoyduğu vəzifələr hər birimiz tərəfindən ali bir məqsəd kimi qəbul edilir.  MDU-nun pedaqoji heyəti gənclərimizə təkcə bilik verməklə kifayətlənmir, tələbələrin hərtərəfli bir şəxsiyyət kimi formalaşmasına, onların yaradıcı potensiallarının və sosial bacarıqlarının inkişafı üçün  bütün qüvvələrini səfərbər edirlər.

MDU-da digər istiqamətlərlə yanaşı təhsil ixtisasları üzrə kadr hazırlığı aparılır. Gələcəyin müəllimi olacaq həmin gənclərə üzümüzü tutaraq deyirik ki, siz gələcəyin müəllimlərisiniz! Bu müqəddəs peşəyə yiyələnərək, ölkəmizin hər bir guşəsində gənclərin həyatına işıq saçacaq, onların bilik və təfəkkür dünyasını zənginləşdirəcəksiniz. Müasir dövrün təhsil tələblərinə cavab verən, yenilikçi və yaradıcı müəllimlər kimi yetişmək üçün universitetimizin sizə təqdim etdiyi hər bir imkan və resursdan faydalanın. Gələcəkdə qarşılaşacağınız hər bir çətinlik, əldə edəcəyiniz hər bir uğur sizin müəllimlik sənətinə olan sevginizin və məsuliyyətinizin nəticəsi olacaq.

Üzeyir Zeynalov
Mingəçevir Dövlət Universitetinin rektoru v.m.i.e.,
Tədris məsələləri üzrə prorektor