“Şəhər Kənd Təsərrüfatı və Şəhər Əkinçiliyi” mövzusunda Mingəçevir Dövlət Universitetində təlim keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı il yanvarın 14-də Mingəçevir Dövlət Universitetində “Şəhər Kənd Təsərrüfatı və Şəhər Əkinçiliyi” mövzusunda təlim keçirilib.

Təlim universitetin İqtisadiyyat kafedrasının müəllimi Ələsgər Musayev tərəfindən aparılıb. Sessiya zamanı iştirakçılara şəhər mühitində kənd təsərrüfatı fəaliyyətinin təşkili, urban farming yanaşmasının müasir şəhərsalma prosesində rolu və onun dayanıqlı inkişaf baxımından əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Təlim çərçivəsində məhdud resurs şəraitində səmərəli istehsal modellərinə dair praktik yanaşmalar, şəhər ərazilərində yaşıl zonaların genişləndirilməsi imkanları və innovativ aqrotexnologiyaların tətbiqi təqdim olunub. Eyni zamanda, urban farming konsepsiyasının ərzaq təhlükəsizliyinin təmin edilməsinə və ekoloji balansın qorunmasına verdiyi töhfə vurğulanıb.

Təlim interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tələbələrin praktiki bacarıqlarının artırılması və müasir çağırışlara uyğun kompetensiyaların formalaşdırılması məqsədilə bu kimi təlim və seminarların təşkilini davam etdirir.