Elmi konfrans və simpoziumların tələbləri barədə seminar keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi konfrans və simpoziumlarda məqalə və tezislərə qoyulan tələblər” mövzusunda elmi-praktik seminar keçirilib. Şöbə müdiri, dosent Vüqar Mustafayevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup professor və müəllim heyəti üzvü iştirak edib.

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov universitetdaxili, respublika və beynəlxalq səviyyəli konfranslara, eləcə də nüfuzlu elmi jurnallara MDU əməkdaşları tərəfindən təqdim edilən məqalələrin cari vəziyyəti haqqında məlumat verib. Bu sahədə mövcud vəziyyətin davamlı yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını bildirən V.Əyyubov universtetdə akademik heyətin tədqiqat bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb və hazırki seminarın önəmini diqqətə çatdırıb.

Sonra V.Mustafayev mövzu ilə bağlı təqdimatla çıxış edərək məruzələrin tərtib olunma qaydaları, konfrans və sipoziumlara təqdim edilən məqalə və tezislərin qəbuluna qoyulan tələblərdən bəhs edib. Təqdimatda, həmçinin istinadların qeyd edilməsi, ədəbiyyat siyahısının düzgün tərtib edilməsi, anti-plagiat sistemi və digər məsələlər barəsində ətraflı məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.