MDU-da “Sosial Sahibkarlıq və İcma Layihələri” təlimi keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Menecment kafedrasının təşkilatçılığı ilə “Sosial Sahibkarlıq və İcma Layihələri” mövzusunda təlim keçirilib.

Təlimdə universitetin tələbələri və magistrantları iştirak edərək sosial sahibkarlıq, icma layihələrinin hazırlanması və idarə olunması prinsipləri ilə tanış olublar.

Təlim zamanı iştirakçılara icma ehtiyaclarının müəyyənləşdirilməsi, layihə konsepsiyasının hazırlanması, sosial təsirin ölçülməsi və davamlılıq prinsipləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu cür təlimlər tələbələrin praktik biliklərini artırmaq, sosial təşəbbüslərə maraqlarını gücləndirmək və icma yönümlü layihələrdə iştirak bacarıqlarını inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.