“TECHNEST” təqaüd proqramı artıq Mingəçevir Dövlət Universitetində!

  • Post category:Elanlar

“TECHNEST” taqaüd proqramı artıq Mingəçevir Dövlət Universitetində!

“TECHNEST” taqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində təhsil alan və işləyən şəxslər üçün Şəbəkə İnzibatçılığı və Rəqəmsal Marketinq üzrə təlimlər tədris ediləcəkdir.

Təlim proqramları haqqında ətraflı məlumat aşağıda göstərilmişdir.

Təlimlərin keçiriləcəyi yer: Mingəçevir Dövlət Universiteti

Təlimin adı: Şəbəkə İnzibatçılığı

İştirakçı sayı: 15 nəfər

Təlimin müddəti: 3.5 ay/70 akademik saat (Həftədə 2 dəfə, 1 dərs canlı və 1 dərs onlayn olmaqla) Təlimlərin keçiriləcəyi tarix: 15.02.2024-30.05.2024

Təlimin adı: Rəqəmsal Marketing

İştirakçı sayı: 15 nəfər

Təlimin müddəti: 3.5 ay/70 akademik saat (Həftədə 2 dəfə, 1 dərs canlı və 1 dərs onlayn olmaqla) Təlimlərin keçiriləcəyi tarix: 15.02.2024-30.05.2024

İŞTİRAKÇILARIN SEÇİMİ PROSESİ

  • Layihəyə ilkin müraciət formunun doldurulması
  • Qeydiyyatdan keçən şəxslər üçün seçim imtahanının təşkili
  • İmtahandan müvəffəqiyyətlə keçən şəxslərlə müsahibə
  • Yekun seçilmiş şəxslərin təlimlərə cəlb edilmasi

Layihə çərçivəsində təlimlərdə iştirak etmək istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

QEYDİYYAT ÜÇÜN KLİK EDİN

Son qeydiyyat tarixi: 28.01.2024

Layihə ilə bağlı yaranmış sualların cavablandırılması üçün info@codefactory.az email adresinə və ya 051 777 10 90 whatsapp nömrəsinə yaza bilərsiniz.

Qeyd: Layihə çərçivəsində təlimlər Code Factory MMC tərəfindən təşkil ediləcəkdir.

ƏLAQƏ

Code Factory MMC

Mobil: +994517771090

Email: info@codefactory.az