Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTM) və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən DİRİTM-in müdiri Asim Məmmədov mediasiyanın cəmiyyət üçün vacib və aktual məsələ olduğunu diqqətə çatdırıb və bununla bağlı gənclərin maarifləndirilməsinin önəmini vurğulayıb.
Sonra, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının müdiri Ayaz İsmayılzadə və mediatoru Elnur Məmmədov çıxış edərək mediasiya anlayışı, mübahisələrin həllində və gərginliyin azalmasında mediasiyanın əhəmiyyətli rolu, mediasiya proseduru, mediasiya qanunvericiliyi və digər məsələlər barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.