MDU tələbəsi məktəblilər üçün Ulu Öndərə həsr olunan ədəbi-bədii tədbirə təşkilatçılıq edib

2023-cü il mayın 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Cəmilə Balakişiyeva pedaqoji təcrübədə olduğu Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbirə təşkilatçılıq edib.

Məktəbin müəllim və şagird kollektivi üzvlərinin, MDU-nun Təhsil fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Ümummilli Liderimizin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə 13 saylı tam orta məktəbin şagirdləri tərəfindən Ulu Öndərə həsr edilmiş şeirlər və musiqilər səsləndirilib, müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib.

Maraqla qarşılanan tədbirin sonunda təşkilati işlərdə fəallıq göstərən şagirdlər sertifikatla təltif ediliblər.