“Təki Vətən Yaşasın!” – MDU`da

  • Post category:MDU xəbərləri

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Təki Vətən Yaşasın!” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, Universitetin professor-müəllim heyəti, tələbə gənclər, şəhid ailələri, qazilər, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasının əsas səbəbi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaqdır.

 

Tədbir iştirakçılarını salamlayan Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini bildirib.

 

Millət Vəkili Aydın Mirzəzadə gənclərimiz hər bir zaman olduğu ölkədən, tutduğu statusdan asılı olmayaraq Azərbaycan həqiqətlərini dünya gənclərinə çatdırmağa nail olmalıdırlar.

 

Millət Vəkili Ceyhun Məmmədov Vətən müharibəsində bizə böyük qələbəni yaşadan qəhrəman Azərbaycan oğullarının igidliklərindən danışıb. Şəhidlik zirvəsinin ən uca zirvə olduğunu qeyd edib.

 

Daha sonra şəhid anası Nəhayət Həsənova və şəhid atası İldırım Cumuzadə qeyd etdi ki, Vətən uğrunda canlarından keçən igidlərimizin xatirəsini hər bir gəncimiz daim əziz tutmalı və əməllərində yaşatmalıdırlar. Şəhidlərimizin xatirəsi yaşadıqca onlar diridirlər. Onları unutmayaq, daim yad edək deyə fikirlərini tamamlayıb.

 

Tədbir universitet tələbələrinin zəfər ruhlu ifaları ilə yekunlaşıb.