MDU-da “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib

  • Post category:Karyera

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib. Təlimdə universitetin bir qrup tələbə və magistrantı iştirak edib.

KİM-in mütəxəssisi İlhamə Məmmədova təlimin gənclərdə təqdimat bacarıqlarının inkişaf etdirilməsinə hədəfləndiyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra, təlimçi, MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşı Məryəm Əsədova çıxış edib. Təlimdə təqdimatın düzgün qurulması, ictimaiyyət qarşısında çıxış zamanı vacib məqamlar və faydalı texnikalar, fikrin tam və düzgün ifadə edilməsi, auditoriyanın diqqətinin cəlb edilməsi və digər xüsusiyyətlər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da təhsilalanların bilik və bacarıqlarının artırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə KİM-də müxtəlif təlim və seminarların təşkilinə xüsusi önəm verilir.