Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Mingəçevir Dövlət Universitetində görüş keçirdib

  • Post category:MDU xəbərləri

2023-cü il aprelin 27-də Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri tələbə və magistrantlarla məlumatlandırıcı görüş keçirib.
Tədbiri giriş sözü ilə açan MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov təhsilin əlçatanlığının və tələbələr arasında rəqabət mühitinin artırılması baxımından təhsil tələbə kreditinin önəmindən danışıb, onun üstünlükləri barədə məlumat verib.
Sonra TTKF-nın İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər, kreditlərin verilməsi və qaytarılması prosedurları, möhlət, müddət və faiz şərtləri barədə tələbələrə ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıb.
Təhsildə bərabər imkanların yaradılması, təhsilin əhatə darisəinin genişləndirilməsi, təhsil almaq arzusunda olan gənclər üçün yaradılan imkandan məmnunluq hissi duyduqlarını bildirən tələbələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, inkişaf və müasirləşmə mərhələsində olan MDU-da təhsilalanlar üçün yaradılan imkanlar barədə mütəmadi olaraq məlumatlandırılmalar edilir.