“Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin açılış tədbiri

  • Post category:Xəbərlər (AZ)

“Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin açılış tədbiri

 

2020-ci ilin 26 sentyabr tarixində, saat 11:00-da Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin və Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə 27 Sentyabr “Ümumdünya Turizm Günü” və Azərbaycanda “Turizm İşçiləri Günü” peşə bayramı münasibətilə təşkil edilən  “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin açılış tədbiri keçiriləcək.

Mövcud şərait nəzərə alınmaqla layihə “ZOOM” Platforması üzərindən online formatda təşkil ediləcəkdir. Layihə çərçivəsində açılış tədbiri, 4 modulan ibarət təlimlər və bağlanış mərasimi keçiriləcəkdir.Hər həftənin şənbə günü keçiriləcək online təlimlərdə iştirak ödənişsizdir. Sertifikat yalnız həyata keçirilən təlimlərin hər birində iştirak edən şəxslərə veriləcək.

Layihənin açılış tədbirində iştirak edəcək spikerlər: 

1. Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru 

2. İlham Mədətov – Azərbaycan Turizm və Menecment Universitetini rektoru 

3. Zaur Bayramov – Gəncə Destinasiya Menecmenti təşkilatının direktoru 

4. Səid Salayev – Mingəçevir Turizm Kollecinin direktoru

        Qeydiyyatdan keçmək üçün klik edin