Beynəlxalq təlimçi MDU-da ustad dərsi keçib

  • Post category:Beynəlxalq

2023-cü ilin 7-8 dekabr tarixlərində Türkiyədən olan müstəqil tədqiqatçı və beynəlxalq təlimçi İşıl Keskin Şahan Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr və magistrantlar üçün ustad dərsləri keçib.

Ustad dərslər zamanı “Çevik liderlik” mövzusundan bəhs edilib, tələbə və magistrantların sualları cavablandırılıb və onlara müvafiq tövsiyələr bildirilib.

Ustad dərslər tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən ustad dərslər İ.Keskin Şahanın MDU-nun evsahibliyi ilə keçirilən “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransda iştirakı çərçivəsində təşkil edilib.