Vətənpərvərlik

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.

Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.

Xəbərlər

Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib

2022-ci ilin 28 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş XIV elmi

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “Xocalı faciəsi: erməni terrorunun təzahürü”