Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Mingəçevir Dövlət Universitetində Silahlı Qüvvələr Günü qeyd edilib
2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan Silahlı Qüvvələri
Ali təhsil müəssisələri arasında keçirilən esse müsabiqəsinin qalibi olan MDU tələbəsi ilə görüş keçirilib
2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin
Mingəçevir Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirilib
2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyində
MDU tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər
2021/2022-ci tədris ilinin yaz semesterində Mingəçevir Dövlət Universitetinin (MDU) buraxılış kursları üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər.