Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
MDU-da 27 Sentyabr- Anım Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə
MDU magistrantları Şəhidlər Xiyabanını ziyarət ediblər
2022-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin
27 Sentyabr- Anım Gününə həsr olunan dəyirmi masa keçirilib
2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 27 Sentyabr- Anım Gününə
27 Sentyabr – Anım Gününə həsr olunan mühazirə keçirilib
2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “27 Sentyabr - Anım