Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
MDU-da kitab təqdimatı: “Mən Vətənəm”
2023-cü il aprelin 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək
Şəhid məzun Qorxmaz İsgəndərovun məzarı ziyarət edilib
2022-ci ilin 20 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bu ali təhsil müəssisəsinin bir qrup əməkdaşı
MDU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını uğurla başa vurublar
Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat profili üzrə bakalavriat və magistratura səviyyələrində ali təhsil alan 11 tələbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Şahin Bayramov: Qəhrəman Vətən övladlarını sonsuz minnətdarlıq və böyük qürur hissi ilə anırıq
Bakı, 27 sentyabr, AZƏRTAC 44 günlük Vətən müharibəsinin başlanmasından iki il ötür. Məhz tarixin bu günündən etibarən Müzəffər Ali Baş