Vətənpərvərlik

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.

Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.

Xəbərlər

MDU kollektivi Şəhidlər Xiyabanı və şəhid ailələrini ziyarət edib

MDU kollektivi Şəhidlər Xiyabanı və şəhid ailələrini ziyarət edib

2024-cü il 2, 3 və 4 aprel tarixlərində Aprel döyüşlərinin ildönümü ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik

MDU-da Aprel döyüşlərinin 8-ci ildönümü qeyd olunub

MDU-da Aprel döyüşlərinin 8-ci ildönümü qeyd olunub

2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərə gedən 4 günlük yol” adlı ədəbi-bədii

MDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bədii gecə keçirilib

MDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bədii gecə keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə

Universitetlərin şəhid olan məzunları kimlərdir? – TANIYAQ (AzEdu.az)

Universitetlərin şəhid olan məzunları kimlərdir? – TANIYAQ (AzEdu.az)

AzEdu.az, 28.03.2024 Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.