Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Şəhid məzun Yusif Cəfərovun məzarı ziyarət edilib
2024-cü ilin may ayının 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi və əməkdaşı Vətən müharibəsində şəhid olan məzunumuz Yusif
Tələbələrlə məktəblilər Aprel döyüşlərinin ildönümünü birgə qeyd edib
Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tələbələri 2024-cü ilin fevral ayından etibarən MDU-nun tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif
MDU-nun rektoru “Zəfərin 4 anı” ədəbi-bədii gecədə işirak edib
2024-cü il aprelin 4-də Heydər Əliyev Sarayında Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” ədəbi-bədii gecə keçirilib. Tədbir
Zəfərə aparan yol: Aprel döyüşləri
2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar olaraq növbəti görüş keçirilib. MDU-nun Tələbə