Şəhid məzun Yusif Cəfərovun məzarı ziyarət edilib

2024-cü ilin may ayının 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi və əməkdaşı Vətən müharibəsində şəhid olan məzunumuz Yusif Cəfərovun məzarını ziyarət etdilər.

Ziyarət zamanı MDU-nun kollektivi şəhid məzunun məzarına gül dəstələri qoyub və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Qeyd edək ki, MDU-da tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim anılmasının diqqət mərkəzində saxlanılır.