Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Vətən müharibəsi iştirakçısı olan MDU əməkdaşları və tələbələri ilə görüş keçirilib
2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş
MDU kollektivi şəhid məzunun dəfnində iştirak edib
2022-ci ilin sentyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları bu ali
MDU əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər
2022-ci ilin 9iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc
Şahin Bayramov: Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi hesab edilən qalib Azərbaycan Ordusu ilə qürur duyuruq
Bakı, 26 iyun, AZƏRTAC Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyini qalib ölkənin qalib vətəndaşları kimi sonsuz sevinc və fəxarət