Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Mingəçevir Dövlət Universitetində Zəfər Günü coşqusu: Şanlı Qələbənin əzəmətinə həsr olunmuş ədəbi-bədii tədbir
2025-ci ilin 6 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində əldə edilən zəfərin 5
MDU-nun Vətən Müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli tələbəsi Elnur Salahov Zəfər Bayramı ərəfəsində tələbələrlə görüşüb
2025-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tələbəsi, Vətən Müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov
MDU rektoru şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşüb
3 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov universitetdə təhsil alan müharibə iştirakçıları, qazilər, eləcə də
Mingəçevir şəhərində 27 Sentyabr – Anım Günü qeyd edilir
27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə