Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzov Mingəçevirdə son mənzilə yola salınıb
2025-ci ilin 27 may tarixində Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Novruzov Əsəddin Curu oğlu Mingəçevir şəhərindəki
MDU-nun tələbələri universitetin şəhid məzunu Kənan Abdullayevin ailəsini ziyarət ediblər
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru Minayə Hüseynova və bir qrup tələbəsi 2020-ci ildə Vətən müharibəsində
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Aprel döyüşlərində canlarından keçən şəhidlərin ailələri ziyarət olunub
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Aprel döyüşlərinin doqquzuncu ildönümü münasibətilə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımız
Mingəçevir Dövlət Universitetində “Sosial və iqtisadi bərabərsizliklərin təhlili və azaldılması strategiyaları” mövzusunda təqdimat keçirilib
Mingəçevir Dövlət Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Sosial və İqtisadi Bərabərsizliklərin Təhlili və Azaldılması Strategiyaları” mövzusunda hibrid formatda təqdimat keçirilib.