You are currently viewing “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davamlılıq və Ətraf mühit” mövzusunda video müsabiqə elan edilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davamlılıq və Ətraf mühit” mövzusunda video müsabiqə elan edilir

  • Post category:Elanlar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davamlılıq və Ətraf mühit” şüarı ilə qısametrajlı video müsabiqəsi elan edilir.

Müsabiqənin şərtləri: 

1. Müsabiqəyə MDU-nun bakalavr və magistr tələbələri qatıla bilər. 

2. Video müddəti minimum 30 saniyə, maksimum 2 dəqiqə ola bilər. 

3. Video ilə bərabər ad, soyad, qrup və əlaqə nömrəsi qeyd edilərək 20.04.2024-cü il tarixinə kimi greencampus@mdu.edu.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Uğurlar!