44 günlük Vətən müharibəsi

2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.

Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.

Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.

Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.

Xəbərlər

MDU əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

MDU əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2023-ci ilin martın 18-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində

MDU kollektivi Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib

MDU kollektivi Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib

2022-ci ilin 8 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları Zəfər Günü münasibətilə

Şahin Bayramov: Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi (AZERTAC)

Şahin Bayramov: Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi (AZERTAC)

AZERTAC 08.11.2022 Bu gün müstəqillik tariximizin ən şanlı səhifələrindən olan Qarabağ Zəfərinin qazanılmasından iki il ötür. 44 günlük Vətən müharibəsində

ZƏFƏR GÜNÜ – ŞANLI QƏLƏBƏYƏ GEDƏN YOL (Xalq qəzeti)

ZƏFƏR GÜNÜ – ŞANLI QƏLƏBƏYƏ GEDƏN YOL (Xalq qəzeti)

MDU-nun Xarici dillər kafedrasının müəlliminin yazısı Xalq qəzetinin saytında yayımlanıb. Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı  indi