44 günlük Vətən müharibəsi
2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.
Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.
Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.
Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.
Xəbərlər
Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc müəllimi, MDU-nun məzunu haqqında reportaj
ARB Televiziyası işğaldan azad edilən doğma torpaqlarımızda fəaliyyətə başlayan ilk təhsil müəssisəsi olan Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc
MDU kollektivi antiterror əməliyyatları zamanı şəhid olan Xəyal Canbaxışovun ailəsini ziyarət edib
Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatları zamanı şəhid
8 Mart – Beynəlxalq Qadınlar Günü münasbiətilə şəhid anaları ziyarət edilib
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük
MDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
2023-cü ilin noyabrın 7-də Mingəçevir Dövlət Universitetində (MDU) Gənclər Fondunun dəstəyi, ATGTİ, “İrəli” İctimai Birliyi və MDU Tələbə Gənclər Təşkilatının