44 günlük Vətən müharibəsi
2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.
Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.
Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.
Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.
Xəbərlər
Mingəçevir Dövlət Universitetində şəhid Fuad Xankişiyevin xatirəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib
2025-ci ilin 29 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Fuad Xankişiyevin həyat və döyüş yolundan
Ehtiramın davamlılığı, dəyərlərin yaşadılması: Mingəçevir Dövlət Universitetindən şəhid ailələrinə bayram ziyarəti
2025-cı ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin kollektivi tərəfindən Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub. Ziyarətlər çərçivəsində Azərbaycan
Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr
2024-cü ilin 27 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr” mövzusunda mühazirə təşkil olunub.
Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib
25 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Zəfərə aparan Vətən müharibəsinin başlandığı gün”