44 günlük Vətən müharibəsi
2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.
Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.
Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.
Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.
Xəbərlər
Vətən müharibəsi iştirakçısı olan MDU əməkdaşlarının tələbələrlə görüşü keçirilib
24 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatıçılığı ilə
MDU-nun Təhsil fakültəsində Anım Gününə həsr olunmuş “Zəfər tarixi-27 sentyabr” mövzusunda dəyirmi masa keçirilib
2025-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində (MDU) 27 sentyabr "Anım Gününə həsr olunmuş "Zəfər tarixi -
MDU kollektivi 27 sentyabr – Anım Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib
25 Sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi, professor-müəllim heyəti və bir qrup tələbəsi Mingəçevir şəhəri Şəhidlər Xiyabanını
MDU-nun kitabxanalarında 27 Sentyabr – Anım Gününə həsr olunmuş guşələr yaradılıb
Mingəçevir Dövlət Universitetində (MDU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş guşələr yaradılıb. MDU-nun bütün