44 günlük Vətən müharibəsi

2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.

Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.

Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.

Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.

Xəbərlər

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

2025-ci ilin 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Anım Gününə həsr olunmuş “Zəfər tarixi” mövzusunda

Mingəçevir Dövlət Universitetində şəhid məzun Əzəmi Hüseynovun doğum günü anılıb

Mingəçevir Dövlət Universitetində şəhid məzun Əzəmi Hüseynovun doğum günü anılıb

29 avqust 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) qəhrəman məzunu, Vətən Müharibəsi şəhidi Əzəmi Hüseynovun doğum gününü dərin ehtiramla

Rektor Anar Eminov şəhid Şahmar Məmmədovun övladı ilə görüşüb

Rektor Anar Eminov şəhid Şahmar Məmmədovun övladı ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov ixtisas seçimi müsabiqəsində MDU-da təhsil almaq istəyən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şahmar

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2025-ci ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban Bayramı münasibətilə Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Azərbaycanın