MDU-da Tələbə Elmi Cəmiyyətinin növbəti elmi konfransı keçirilmişdir
Mingəçevir Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsi Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda elmi konfransı keçirilmişdir.
Əvvəlcə fakültə dekanı dosent Nüşabə Qədimli çıxış edərək, elm və təhsilimizin inkişafına göstərilən dövlət qayğısından danışmış, tədbirin əhəmiyyətini vurğulamış, tələbələrə uğurlar arzulamışdır.
Sonra Mingəçevir Dövlət Universitetinin TEC-nin sədri, b/m. Günəş Şəfaqətov universitetin fəaliyyəti və qazandığı uğurlardan danışmış, konfransın işinə uğurlar arzulamışdır. Tələbələrin elmi işlərə marağının sürətlə artdığını diqqətə çatdıran G.Şəfaqətov kafedra və dekanlıqların bu sahədə fəaliyyətini müsbət qiymətləndirmişdir. Son illər fakültələr üzrə elmi tədqiqat işlərinin artım dinamikası sürətlə inkişaf etdiyini vurğulamışdır.
Sonra ST15.2 saylı qrupun tələbəsi Mehrac Cəbrayılov “Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçiliyin oyanışı” (elmi rəhbər: dos. Ofeliya Səmədova); İ15.1 saylı qrupun tələbəsi Rasta Paşayeva “Tarixin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti” (elmi rəhbər: b/m. Mehriban Kərimova); DB17 saylı qrupun tələbəsi Anar Quliyev “Uğurun tarixi” (elmi rəhbər: b/m. Mətanət Yusifova); DB16 saylı qrupun tələbəsi Ağakərim Əhmədov “Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti” (elmi rəhbər: b/m. Təranə Əliyeva); ST16.2 saylı qrupun tələbəsi Elçin Ağamirzəyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi vəziyyət” (elmi rəhbər: Aynur Namazova); M16 saylı qrupun tələbəsi Tansu Əhmədzadə “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” (elmi rəhbər: b/m. Nazim Niftəliyev); M16 saylı qrupun tələbəsi Mübarək Aydəmirov “İqtisadi inkişafın əsas impulsu – kapital qoyuluşu” (elmi rəhbər: b/m. Məlahət Rəhimova) mövzularında çıxış etmişlər.
Sonda Mingəçevir Dövlət Universitetinin TEC-nin sədri, b/m. G.Şəfaqətov çıxışında tələbələrin elmə üstünlük verdiklərini və bunun da onların gələcək inkişafında mühüm rol oynayacağını bildirdi. G.Şəfaqətov tələbələrin elmi-tədqiqat işlərini yüksək qiymətləndirdi və daim elm yolunda addımlamağı tövsiyə etdi.
{phocagallery view=category|categoryid=54|limitstart=0|limitcount=0}