Mingəçevir Dövlət Universitetinin əməkdaşları Üzeyir və Aynurə Zeynalovlardan Azərbaycan Respublikasının Prezidentinə məktub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Üzeyir və Aynurə Zeynalovlardan Azərbaycan Respublikasının Prezidentinə məktub

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Üzeyir və Aynurə Zeynalovların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazdıqları məktub Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc edilib.

28 aprel 2020, 15:05

Üzeyir və Aynurə Zeynalovlardan, Mingəçevir, Azərbaycan

Cənab Prezident.

Koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəliyin qurbanı olduğu bir dövrdə Sizin Azərbaycan xalqının genefondunu qorumaq istiqamətində atdığınız addımlar ziyalılar tərəfindən rəğbətlə qarşılanır.

Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün üçün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Zeynalov Üzeyir

Zeynalova Aynurə, Mingəçevir Dövlət Universitetinin əməkdaşları.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri. 

https://president.az/articles/37297