Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu
Əməkdaşlar

Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
Qlobal elm müstəvisinə töhfə: Mingəçevir Dövlət Universitetinin “Journal of Scientific Vectors” jurnalı akademik ictimaiyyətə təqdim olunub
Mingəçevir Dövlət Universitetinin təşəbbüsü ilə yeni beynəlxalq elmi jurnal – “Journal of Scientific Vectors” (Elmi Vektorlar Jurnalı) akademik ictimaiyyətə təqdim
Mingəçevir Dövlət Universitetində “Əqli mülkiyyət və ixtiraçılıq” mövzusunda təlim keçirilib
2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində Elmi tədqiqat və innovasiya şöbəsinin təşkilatçılığı ilə Mühəndislik fakültəsinin dekanı dos. Almaz
Mingəçevir Dövlət Universitetində Turcademy verilənlər bazası üzrə onlayn təlim keçirilib
Mingəçevir Dövlət Universitetində əməkdaş və tələbələr üçün Turcademy verilənlər bazasının istifadə qaydalarına dair onlayn təlim təşkil olunub. 2026-cı ilin 14
Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “WUF13 Baku: Şəhərlərin Gələcəyinə Baxış” adlı elmi-təqdimat tədbiri keçirilib
Mingəçevir Dövlət Universitetində Elmi Tədqiqat və İnnovasiya Şöbəsinin təşkilatçılığı ilə “WUF13 Baku: Şəhərlərin Gələcəyinə Baxış” mövzusunda təqdimat xarakterli elmi tədbir
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az